Komandamızı tanıyın!

1500+

Ümumi əməkdaş sayı

40+

Mağaza sayı

600+

Satış əməkdaşı sayı

32

Əməkdaşların ortalama yaşı

BE-də işləmək

Bizimlə işləməyin üstünlükləri

Qurulduğumuz ilk gündən etimadınız üçün çalışdıq və artıq ölkəmizin elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən biriyik.

1994-cü ildə Türkiyədə yerləşən “NAB Holdinq”-in bir parçası olaraq Azərbaycanda fəaliyyətə başladıq. “NAB Holdinq” başda pərakəndə satış olmaqla yanaşı, avtomobil və maliyyə sahələrində də fəaliyyət göstərir. Hazırda Respublika üzrə 31 mağazada 60-dan çox rəsmi distribütoru olduğumuz brendlərin satışını həyata keçiririk.

Müasir dünyanı, yenilikləri həyatınıza qatmaq üçün çıxdığımız bu yolda satışın sadəcə məhsul satmaqla məhdudlaşmadığını öyrəndik. Telefonlar, smarfonlar, qadjetlər, noutbuklar, kompüterlər, televizorlar, ev kinoteatrları, kiçik və böyük məişət texnikası, iqlim texnikası, oyun konsolları, velosiped və siqveylər, eləcə də tekstil, qab-qacaq, mebel, ev dekorları kimi 15.000-dən çox məhsul çeşidi ilə həyatınızın bir parçası olduq. İşinizi asanlaşdırıb, yenilikləri əlçatan etdiyimiz üçün qürurluyuq!

#BEailəsi

Team Image

Uğur hekayələri

Söz komandamızda

2018-ci ildən Baku Electronics komandasının üzvüyəm. İşə başladığım gündən bu günədək inkişaf və uğur üçün çalışıram. Çalışdığım müddətdə komandamızla bərabər fərqli uğurlara imza atdıq. Birgə işimizin kulminasiyası isə yeni bakuelectronics.az saytının yaradılması oldu. E-commerce departamenti direktoru vəzifəsinə təyinat isə mənim üçün yeni mərhələ oldu. Bu karyera yüksəlişi təkcə mənim şəxsi uğurum deyil, həm də komanda işinin və rəhbərliyin strateji düşüncəsinin nəticəsidir.

Nizami Rzayev

Elektron Ticarət üzrə Direktor