Bizimlə tanış olun!
Biz ölkənin ilk, Qafqazın isə ən böyük elektronika şəbəkələrindən biriyik. 1994-cü ildə müasir dünyanı müştərilərimizə əlçatan etmək, onlara keyfiyyətli xidmət göstərmək və gözləntilərini aşmaq məqsədiylə yola çıxmışıq. Qazandığımız güvən sayəsində yolumuza 37-dən çox mağaza, ölkədə ən çox trafikə sahib veb-saytlardan biri və 60-dan çox brendin rəsmi distribütoru kimi davam edirik. 15.000-dən çox məhsul çeşidi ilə həyatınızın bir parçası olmaqdan qürur duyuruq.
Town Hall görüşü
5 dekabr 2025-ci il tarixində Baku Electronics komandası olaraq İsmayıllıda növbəti Town Hall görüşümüzü keçirdik. Bu görüş həm geridə qalan ilin nəticələrini dəyərləndirmək, həm də qarşıdakı dövr üçün strateji baxışımızı komanda ilə paylaşmaq baxımından mühüm əhəmiyyət daşıyırdı. Görüş çərçivəsində 2025-ci ilin əsas nəticələri, əldə olunan uğurlar və inkişaf sahələri ətraflı şəkildə müzakirə olundu. Eyni zamanda, 2026-cı il üçün müəyyənləşdirilən strateji hədəflər və prioritet istiqamətlər komanda üzvləri ilə bölüşüldü. Bu müzakirələr gələcək addımlarımızı daha dəqiq planlamaq və vahid məqsəd ətrafında birləşmək üçün mühüm platforma rolunu oynadı. Növbəti ilin əsas devizi olan #DəyərYaradırıq yanaşması müştərilərimiz, əməkdaşlarımız, partnyorlarımız və bütövlükdə cəmiyyət üçün dayanıqlı və uzunmüddətli dəyərlərin formalaşdırılmasına fokuslanır. Bu deviz bizim yalnız biznes hədəflərimizi deyil, eyni zamanda sosial məsuliyyət və liderlik baxışımızı da əks etdirir. İnanırıq ki, güclü komanda, açıq kommunikasiya və ortaq dəyərlər üzərində qurulan strategiya bizi daha böyük uğurlara aparacaq. Baku Electronics olaraq birlikdə inkişaf etməyə, yeniliklər yaratmağa və daha geniş təsir dairəsinə sahib olmağa davam edirik. Birlikdə daha böyük uğurlara imza atmaq əzmindəyik.
Layihələrimiz
Sosial layihələrimizlə tanış olun




















